23:25
25°C
Bakı
Almaniyanın cənub-qərbindəki Bad-Dürrhaym şəhəri yaxınlığında baş verən kütləvi toqquşma nəticəsində "Riderman" velosiped yarışının 70-ə yaxın iştirakçısı xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı azı 20 nəfər ağır yaralanıb. Daha 25 iştirakçı yüngül xəsarətlərlə xəstəxanalara çatdırılıb.
Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmayıb.