Husilər İsraildəki aeroporta dronla zərbə endiriblər: Yaralananlar var
Dünya
1402
07 Sep 2025 | 18:59

Husilər İsraildəki aeroporta dronla zərbə endiriblər: Yaralananlar var

Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilərin İsrailin Ramon hava limanına dronlarla hücumu nəticəsində iki nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Milli Tibbi Xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Xəsarət alanlar 63 yaşlı kişi və 53 yaşlı qadındır.

Məlumata görə, husilər tərəfindən buraxılan dron hava limanına düşüb və ona ziyan vurub. Hadisə yerindən çəkilmiş kadrlarda terminalın üzərindən tüstünün qalxdığı görünür.

Hücuma cavab olaraq aeroport üzərində hava məkanı müvəqqəti bağlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər