ABŞ girov razılaşması üçün HAMAS-a yeni prinsiplərini təqdim edib
Dünya
225
18:42, Bu gün

ABŞ girov razılaşması üçün HAMAS-a yeni prinsiplərini təqdim edib

ABŞ Qəzzadakı müharibəni bitirəcək hərtərəfli razılaşma üçün yeni prinsipləri vasitəçi vasitəsilə HAMAS terror qruplaşmasına çatdırıb.
 
Bu barədə bazar günü The Times of Israel məlumat yayıb.
 
Qeyd edək ki, bundan bir neçə gün əvvəl İsrail Qəzza şəhərində böyük əməliyyata hazırlıq çərçivəsində hündürmərtəbəli binalara zərbələr endirməyə başlamışdı. Məlumatlara görə, İsrail Müdafiə Qüvvələrinin qiymətləndirməsinə əsasən, əməliyyat bir ilə qədər davam edə bilər və hədəfləri HAMAS-ın tam məğlubiyyətindən daha aşağı səviyyədədir.
 
Bu plan Qəzzada hələ də saxlanılan girovlarla bağlı narahatlıqları artırıb. Bu günlərdə yayımlanan HAMAS-ın təbliğat videosunda görünən iki girovun ailəsi bildirib ki, onlar doğmalarının Qəzza şəhərinə köçürüldüyünü düşünürlər.
RU
Moderator
Link kopyalandı!
Son xəbərlər