Türkiyədən Suriyaya qayıdanların sayı açıqlandı
Dünya
252
16:05, Bu gün

Türkiyədən Suriyaya qayıdanların sayı açıqlandı

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.

Moderator.az xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

Ə.Yerliqaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər