Dünya
234
12:15, Bu gün

"Rusiya sülh danışıqlarını imitasiya edir və hücumları davam etdirəcək" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

"Kreml həm informasiya, həm də hərbi cəbhədə saxta oyun aparır..."

Kreml hazırda sülh danışıqlarını sadəcə imitasiya edir. Moskvanın məqsədi həm Ukrayna cəmiyyətini, həm də beynəlxalq tərəfdaşları çaşdırmaqdır.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andrey Yusov Rusiyanın son addımlarını şərh edərək bəyan edib.

Yusov vurğulayıb ki, Rusiya rəsmiləri tez-tez "maraqlı görünən" bəyanatlar versələr də, əslində danışıqların pozulmasına çalışır və məsuliyyəti Ukraynanın üzərinə atmaq istəyirlər. "Təcavüzkar dövlət danışıqların tərəfdarı kimi görünməyə çalışır, amma bütün məsuliyyəti Kiyevin üzərinə qoyur. Bu, açıq-aşkar dezinformasiya taktikasıdır", - o, bildirib.

Hücumların məqsədi nədir?

Kəşfiyyat nümayəndəsi həmçinin qeyd edib ki, real danışıqlar başlamayana qədər Rusiya ordusu hücumlarını davam etdirəcək. Kreml qarşı tərəfə maksimum ərazini nəzarətdə saxladıqlarını" göstərmək istəyir. Bunun üçün isə saxta taktikalar tətbiq olunur: bəzi hallarda rus əsgərləri sadəcə yaşayış məntəqəsinə bayraq sancıb şəkil çəkdirir, lakin həmin ərazini faktiki nəzarətə götürmür. Yusov əlavə edib ki, Rusiya Baş Qərargahının yayımladığı xəritələrdə Odessa və Nikolayevin guya "Rusiya ərazisi" kimi göstərilməsi də bu informasiya müharibəsinin bir hissəsidir.

Raket zərbələri dayanmayacaq

Ukrayna kəşfiyyatının məlumatına görə, yaxın vaxtlarda Rusiyanın raket və pilotsuz aparat hücumlarını dayandırmaq ehtimalı yoxdur. Yusov qeyd edib: "Heç bir əsas yoxdur ki, Rusiya birdən-birə beynəlxalq hüquqa əməl etməyə başlasın və terror hücumlarından imtina etsin". O, avqust ayında hücumların nisbətən azalmasını iki amillə izah edib: ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə görüşü və Vaşinqtona bağlı xüsusi nümayəndə Kit Kelloqun Kiyevə səfəri; həm də texniki baxımdan yeni hücumların hazırlanmasının zaman alması.

"Çin Rusiyaya hərbi dəstək göstərmir"

BKİ nümayəndəsi Çinin Rusiyaya hərbi dəstək göstərilməsi məsələsinə də aydınlıq gətirib. Yusov qeyd edib ki, Çin tərəfindən Rusiyaya hərbi dəstək göstərməsi barədə tez-tez səsləndirilən fikirlər reallığə əks etdirmir. "Heç bir hərbi dəstək yoxdur. Yerdə qalanlar mürəkkəb diplomatik proses məsələsidir", - Yusov bəyan edib.

Müharibənin sonu barədə proqnoz

Yusov hesab edir ki, müharibənin 2026-cı ilə qədər başa çatması üçün çoxlu amillərin üst-üstə düşməsi lazımdır. Buraya Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, Ukraynaya hərbi və iqtisadi dəstəyin artırılması, eləcə də beynəlxalq tərəfdaşların daha sərt mövqeyi daxildir. Onun sözlərinə görə, hazırda Ukraynada 700 minə yaxın rus hərbçisi var və onların əksəriyyəti Donetsk istiqamətində cəmləşib. Bu isə Kremlin əsas prioritetinin hələ də Donbas olduğunu göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər