Eynşteynin skripkası hərraca çıxarıldı
Dünya
256
09:20, Bu gün

Eynşteynin skripkası hərraca çıxarıldı

Böyük Britaniyada alim Albert Eynşteynə məxsus skripka 200-300 min funt-sterlinq (təxminən 460-689 min manat - red.) qiymətinə hərraca çıxarılıb.

Moderator.az-ın xəbərinə gör, bu barədə İngiltərənin "Dominic Winter" hərrac evi məlumat yayıb.

Hərrac oktyabrın 8-də hərrac keçiriləcək.

Nəşrin məlumatına görə, Nobel mükafatı laureatı və nisbilik nəzəriyyəsinin müəllifi bu musiqi alətini 1890-cı illərin ortalarında Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə yola düşməzdən bir müddət əvvəl Almaniyada əldə edib.

Eynşteyn uşaq ikən anası Paulinanın təkidi ilə skripkada ifa etməyə başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər