11:17
28°C
Bakı
ABŞ-nin Minnesota ştatında, Eyrleyk hava limanı yaxınlığında "Robinson R66" helikopteri qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Qəzadan sonra təyyarə yanmağa başlayıb. Helikopter fövqəladə hallar xidmətinin əməkdaşları tərəfindən şənbə günü yerli vaxtla saat 14:45-də aşkar edilib. Təyyarədə olanların sağ qalmadığı bildirilir. Onların sayı açıqlanmır.
Hadisəni Milli Nəqliyyat üzrə Təhlükəsizliyi Şurası araşdıracaq.