Beynəlxalq sualtı internet kabelləri zədələndi -xa0Problemlə üzləşəcəyik?
2377
07 Sep 2025 | 03:29

Beynəlxalq sualtı internet kabelləri zədələndi -xa0Problemlə üzləşəcəyik?

"Microsoft"un bulud saxlama platformasıolan "Azure" istifadəçiləri Qırmızı dənizdə sualtı kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilərlər.

Moderator.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Yaxın Şərqdən Asiya və Avropa regionlarından və əks istiqamətdə axan trafik bir neçə dənizaltı fiber optik kabelin zədələnməsi səbəbindən gecikmələrlə üzləşə bilər”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, kabelləri bərpa etmək üçün vaxt lazımdır.

Şirkət zərərin səbəbini açıqlamayıb.

(Publika.az)

Link kopyalandı!
Son xəbərlər