Trampdan qəribə paylaşım:
Dünya
510
03:17, Bu gün

Trampdan qəribə paylaşım: "Səhərlər deportasiyaların qoxusunu sevirəm"

ABŞ Prezidenti Donald Tramp yanğın və uçan helikopterlər fonunda çəkdirdiyi fotosunu paylaşaraq, Çikaqo şəhərində deportasiya kampaniyası vəd edib.

Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.

"Səhərlər deportasiyaların qoxusunu sevirəm. Çikaqo Pentaqonun niyə Müharibə Nazirliyi adlandırıldığını tezliklə anlayacaq", - o, Çikaqonun fonunda özünün süni intellektlə yaradılan fotosunu şərh edib.

Fotoda "Chipocalypse Now" (Çipokalipsis indi - ing.) yazısı da yer alıb. Bu, ABŞ-nin Vyetnamdakı müharibəsindən bəhs edən "Apocalypse Now" (Apokalipsis indi - ing.) filminə istinaddır.

Trampın özü "Səhər napalm qoxusunu sevirəm" ifadəsi ilə tanınan podpolkovnik Bill Kilqor personajındaki baş geyimində təsvir edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər