Çin televiziyası
Dünya
774
06 Sep 2025 | 20:31

Çin televiziyası "Reuters"dən Putin və Cinpinin söhbətindən bir hissənin silinməsini tələb edib

Çin Dövlət Televiziyası (CCTV) "Reuters" agentliyiyindən Rusiya Prezidenti Vladimir Putinin Çinin Sədri Si Cinpinlə uzunömürlülük haqqında danışığının yer aldığı videonun silinməsini tələb edib.
 
Bu barədə "Reuters" məlumat yayıb.
 
Agentlik aydınlaşdırıb ki, CCTV görüntülərdən istifadə üçün qanuni icazəni geri çağırıb. "Reuters" agentliyinə Çin Dövlət Televiziyasının vəkilindən bu barədə yazılı sorğu daxil olub. Sənədin mətnində xəbər agentliyinin istifadə haqqında müqavilənin şərtlərini pozduğu bildirilir və redaksiyanın bu materiala münasibəti tənqid olunur.
 
Xatırladaq ki, sentyabrın 3-də Rusiya prezidenti və Şimali Koreya rəhbəri Kim Çen In ilə qeyri-rəsmi söhbəti zamanı Çin sədri insanın 150 il yaşamaq imkanından danışıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər