Havay adalarında fövqəladə vəziyyət elan olundu: Qasırğa yaxınlaşır
Dünya
190
19:13, Bu gün

Havay adalarında fövqəladə vəziyyət elan olundu: Qasırğa yaxınlaşır

ABŞ-nin Havay ştatında dördüncü kateqoriyalı "Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Moderator.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ştat qubernatorluğunun bəyanatında bildirilir.

"Kiko qasırğası ilə əlaqədar güclü külək, leysan yağışlar və güclü dalğalar 8 sentyabr bazar ertəsi, ştatın bəzi hissələrinə təsir göstərə bilər", - məlumatda qeyd olunur.

Fövqəladə vəziyyət sentyabrın 19-dək qüvvədə olacaq.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, "Kiko" hazırda Havay adalarından təxminən 1600 km məsafədə tüğyan edir, qasırğanın keçdiyi bölgədə küləyin maksimal sürəti 63 m/s-ə çatır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər