Dünya
240
08:44, Bu gün

"Armani"nin sonuncu dəb nümayişi keçiriləcək

"Giorgio Armani" kolleksiyasının sonuncu nümayişi sentyabrın sonunda Milanın Brera qalereyasının həyətində baş tutacaq.
 
Moderator.az "Rai News 24" kanalına istinadən xəbər verir ki, nümayiş əvvəlcə Milan Dəb Həftəsinin qapanış tədbiri kimi planlaşdırılmışdı və dəb evinin 50 illik yubileyinə həsr olunmalı idi.
 
Brerada Armaniyə həsr olunmuş sərginin keçirilməsi də planlaşdırılır. Yubiley şousu üçün məkanı dizayner özü seçib.
 
Xatırladaq ki, "Armani" şirkətlər qrupunun maddi irsi təxminən 13 milyard avro təşkil edir. Media şirkətlərin ailədə qalacağını ehtimal edir. Belə ki, Armaninin üç varisi var - mərhum qardaşının 2 qızı və bacısının oğlu. Onların hamısı dayıları ilə birgə işləyiblər.
 
Qeyd edək ki, məşhur modelyer Corcio Armani sentyabrın 4-də 91 yaşında vəfat edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər