Dünya
174
05 Sep 2025 | 23:54

"Reuters": Tramp ağır zərbə PUA-larını satmaq üçün qanunvericiliyi dəyişdirəcək

ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada silahlara nəzarətlə bağlı 1987-ci ildə imzalanmış sazişi "Reaper" tipli müasir dronlar və digər qabaqcıl hərbi uçuş aparatlarını xaricə sata bilmək məqsədilə dəyişdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Yeni interpretasiya Səudiyyə Ərəbistanına bu ilin yazında ABŞ-dən tələb etdiyi 100-dən çox "MQ-9" tipli dronu əldə etməyə imkan verəcək. Bu, may ayında elan olunmuş 142 milyard dollarlıq silah müqaviləsinin bir hissəsi ola bilər.

ABŞ həmin dronları raket sistemləri deyil, "F-16" tipli təyyarələr kimi göstərməklə, 1987-ci ildə 35 ölkə tərəfindən imzalanmış Raket Texnologiyalarına Nəzarət Rejimi sazişindən yan keçəcək və bu, BƏƏ və Şərqi Avropa ölkələri kimi ölkələrə pilotsuz təyyarələrin satışını təşviq edəcək.

ABŞ dron istehsalçıları xaricdə, xüsusən də məhsullarını daha az məhdudlaşdırıcı şərtlər altında satan İsrail, Çin və Türkiyə şirkətləri ilə sərt rəqabətlə üzləşir. Nə Çin, nə də İsrail sözügedən sazişin üzvüdür. Bu da onlara Yaxın Şərqi silahla təchiz etmək üçün müqavilələr imzalamağa icazə verib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər