02:32
24°C
Bakı
Türkiyənin Qara dəniz boğazlarından gəmilərin keçidi son iki ildə 7 dəfə bahalaşıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Fesco" nəqliyyat qrupunun hesabatında bildirlib.
Məlumata görə, həmin dövr ərzində Süveyş kanalından keçid də bahalaşıb və qiymət artımı gəminin növündən asılı olaraq 5-15% təşkil edib.
Bildirilib ki, bahalaşma fonunda Trans-Arktika Nəqliyyat Dəhlizinə maraq artmağa başlayacaq, çünki o daha sürətli və təhlükəsizdir.