23:51
25°C
Bakı
Avropa Komissiyası "Google"u 2,95 milyard avro cərimələyib.
Moderator.az xəbər verir ki, şirkət mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarındakı dominant mövqeyindən sistematik şəkildə sui-istifadə etdiyinə görə cərimələnib.
Avropa Komissiyası vurğulayıb ki, "Google"un Avropa rəqəmsal reklam bazarında monopoliyası ona reklam xidmətləri üçün həddindən artıq ödəniş etməyə imkan verir. Bu da avropalı istehlakçılar üçün xərclərin artmasına və onlayn mal və xidmətlərin Avropa təchizatçılarının gəlirlərinin azalmasına səbəb olur.