Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi
Dünya
241
20:35, Bu gün

Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi

Böyük Britaniyada II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə BBC Bukingem sarayının bəyanatına istinadən məlumat yayıb.

"Bukingem sarayı dərin hüznlə ülyahəzrət Kent hersoginyasının vəfat etdiyini elan edir", - sarayın rəsmi bəyanatında bildirilir.

Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. Həyatı boyu Ketrin musiqi həvəskarı olub. O, Hulldakı ibtidai məktəbdə musiqi dərsi deyib, burada şagirdlər onun kral ailəsinin üzvü olduğu haqqında heç nə bilməyiblər. Uşaqlar onu "missis Kent" kimi tanıyıblar. Hersoginya musiqi xeyriyyə təşkilatlarına da dəstək verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər