21:42
23°C
Bakı
Fransada polis 17 yaşlı gənci terror aktı planlaşdırmaqda şübhəli bilərək saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" qəzeti məlumat yayıb.
"O, İŞİD adından bir neçə hədəfə - məktəblərə, səfirliklərə, mediaya qarşı zorakılıq aksiyaları planlaşdırmaqda şübhəli bilinir", - deyə məlumatda bildirilib.
Nəşrin məlumatına görə, yeniyetmə internetdə radikal təbliğatın təsiri altına düşüb. Bildirilib ki, gənc həm də rayon polis bölmələrinə hücumlar təşkil etmək imkanını nəzərdən keçirib.
Saxlanılan şəxsin evinə baxış zamanı ekstremist qruplaşmaya beyət andı aşkar edilib və orada "kafirləri" məhv etmək niyyəti bildirilib. Bundan əlavə, mətndə Qəzza zolağında silahlı münaqişə və humanitar vəziyyət qeyd olunub.