İsveç xarici işlər naziri Ukraynaya səfər edib
Dünya
242
18:20, Bu gün

İsveç xarici işlər naziri Ukraynaya səfər edib

İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard Ukraynaya səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

İsveçli nazir Ujqorod şəhərində Zelenski ilə görüşüb.

Məlumata görə, görüş zamanı müdafiə sahəsində birgə layihələri və Ukraynanın hərbi ehtiyacları müzakirə olunub.

“Ukraynaya yardımın davamı, yeni müdafiə paketinin hazırlanması, PURL təşəbbüsü, Ukrayna səmasının müdafiəsi, dron istehsalına yatırımlar və birgə müdafiə layihələrinin perspektivləri – bütün bu məsələləri ətraflı müzakirə etdik”, - Zelenski qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər