Misir fələstinlilərin Qəzzadan köçürülməsinə dözməyəcək
Dünya
112
18:05, Bu gün

Misir fələstinlilərin Qəzzadan köçürülməsinə dözməyəcək

Misir fələstinlilərin Qəzzadan kütləvi şəkildə zorla köçürülməsinə dözməyəcək.

Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülətti deyib.

“Fələstinlilərin köçürülməsi variant deyil və Misir üçün “qırmızı xətt”dir. Biz buna imkan verməyəcəyik. Köçürülmə Fələstin məsələsinin məhvi mənasını verir və insanları öz vətənlərindən qovmağın heç bir qanuni, əxlaqi və etik əsası yoxdur”, - nazir əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər