KİV: Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilər
Dünya
283
17:55, Bu gün

KİV: Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilər

Əgər Rusiya və Ukrayna arasında sülh sazişi əldə olunarsa, ABŞ yaradılması planlaşdırılan geniş bufer zonanın nəzarətini həyata keçirə biləcək əsas tərəf ola bilər.

Moderator.az “NBC News”a istinadən xəbər verir ki, Ukraynanı Rusiyadan qorumaq məqsədilə planlaşdırılan zona ABŞ daxil olmaqla Ukraynanın müttəfiqlərinin hərbi rəsmiləri tərəfindən müzakirə olunur.

Bildirilir ki, ABŞ texnoloji imkanlarına görə üstün olduğuna görə bu zonanın nəzarətində öncül rol oynayacaq.

Bu zonanın qorunması üçün isə Səudiyyə Ərəbistanı və ya hətta Banqladeş kimi NATO-ya daxil olmayan ölkələrin əsgərləri yerləşdirilə bilər. ABŞ əsgərləri isə Ukraynada yerləşdirilməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər