19:17
26°C
Bakı
Tailand parlamenti yeni Baş naziri seçib.
Moderator.az xəbər verir ki, səsvermə nəticəsində Anutin Çarnvirakul Tailandın yeni Baş naziri təyin edilib.
Çarnvirakul mühafizəkar müxalifət partiyası olan “Bumcaytai” ın sədri olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, bir müddət əvvəl Tailandın Konstitusiya Məhkəməsi sabiq Baş nazir Şinavatranı vəzifədən uzaqlaşdırıb. O, Kamboca lideri ilə telefon danışığı zamanı etik qaydaları pozmaqda və öz maraqlarını milli maraqlardan üstün tutmaqda günahlandırıb.