Bayden əməliyyat olunub
Dünya
241
10:14, Bu gün

Bayden əməliyyat olunub

ABŞ-nin keçmiş prezidenti Co Bayden dəri xərçəngi hüceyrələrinin çıxarılması üzrə növbəti dəfə əməliyyat olunub.
 
Moderator.az-ın "NBC News" telekanalına istinadən xəbərinə görə, bu barədə keçmiş ABŞ liderinin mətbuat katibi məlumat verib.
 
Məlumata görə, Bayden dəri xərçənginin ən çox yayılmış formalarının müalicəsində istifadə edilən Mosa adlı əməliyyat keçirib. Qeyd olunub ki, onun prosedurdan sonra bərpa prosesi yaxşı davam edir.
 
Baydenin dəqiq nə vaxt əməliyyat olunduğu qeyd edilməsə də, ötən ay onun başında iri tikişlə fotoları dərc olunmuşdu.
 
Xatırladaq ki, mayın 18-də Baydenin ofisi ona sümük metastazları olan prostat xərçənginin aqressiv forması diaqnozunun qoyulduğunu elan etmişdi. 2023-cü ilin mart ayında Co Bayden dəridə bədxassəli kütləni çıxarmaq üçün əməliyyat keçirmişdi. ABŞ Prezidenti Donald Tramp Baydenin diaqnozu barədə xəbərlərin yalnız indi üzə çıxdığına şübhə ilə yanaşaraq, məlumatların mümkün gizlədilməsinə işarə edib. Eyni zamanda, o, keçmiş prezidentə dəstək sözlərini də ifadə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər