Tanınmış UFC döyüşçüsü prezident olmaq istəyir - FOTO
Dünya
354
04 Sep 2025 | 23:59

Tanınmış UFC döyüşçüsü prezident olmaq istəyir - FOTO

UFC çempionu olmuş Konor Makqreqor İnstaqram səhifəsində İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək istədiyini açıqlayıb.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Makqreqor irlandlara müraciət edib.

"Prezident olsam, ilk növbədə xalqın müzakirəsinə təqdim edilməyincə, mən heç bir qanun layihəsini imzalamayacağam! Əgər mənim adımı seçki bülletenində görmək istəyirsinizsə, sizi bu gün yerli qanunvericilərlə əlaqə saxlamağa və mənim namizədliyimi irəli sürmələrini xahiş etməyə çağırıram", - Makqreqor bildirib.

Milyarder İlon Mask idmançıya dəstək verib.

İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-nə təyin edilib.

Makqreqor hələ 2025-ci ilin martında noyabrda keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan edib. O, İrlandiyada miqrantların qatı əleyhdarı kimi tanınır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər