Qapıçı penalti zərbəsini qaytardıqdan sonra ölüb - VİDEO
Dünya
243
04 Sep 2025 | 22:50

Qapıçı penalti zərbəsini qaytardıqdan sonra ölüb - VİDEO

Braziliyada keçirilən futzal matçı zamanı faciəli hadisə baş verib.

Moderator.az-ın "Sovetskiy sport" nəşrinə istinadla verdiyi məlumata görə, 34 yaşlı qapıçı penalti zərbəsini qaytararkən topun sinəsinə dəyməsi nəticəsində dünyasını dəyişib.

Zərbəni uğurla qaytaran qapıçı sevinməyə başlayıb. Lakin qəfil huşunu itirərək meydançada yıxılıb.

Zərərçəkmiş dərhal xəstəxanaya aparılıb. Həkimlər təxminən bir saat ərzində onu xilas etməyə çalışsalar da, bütün səylər nəticəsiz qalıb.

Hadisənin baş verdiyi Auqustu bələdiyyəsinin rəhbərliyi matəm elan edib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər