İran Avstraliyanın səfirini ölkədən çıxarıb - FOTO
Dünya
254
18:20, Bu gün

İran Avstraliyanın səfirini ölkədən çıxarıb - FOTO

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avstraliya səfirinin Tehranı tərk etdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə "Tasnim"ə istinadən məlumat yayıb.

İ.Bəqai Avstraliyanın İranla diplomatik əlaqələri azaltmaq qərarını tənqid edib və bildirib ki, Tehran da bu addıma cavab olaraq Kanberradakı diplomatik münasibətlərin səviyyəsini aşağı salıb.

Onun sözlərinə görə, Kanberradakı İran səfirliyinin konsulluq idarəsi fəaliyyətini davam etdirir və Avstraliyada yaşayan iranlılara xidmət göstərir.

Sözçü İrana qarşı antisemitizm ittihamlarını isə "gülünc və əsassız" adlandırıb.

Qeyd edək ki, ötən həftə İranın Kanberradakı səfiri Sidney və Melburn şəhərlərində iki antisemit hücumda İran İslam Respublikasının iştirakına dair sübutlar ortaya çıxdıqdan sonra Avstraliyadan qovulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər