Hüseyn Həsənov Rusiyadakı bütün biznesini itirdi
Dünya
139
14:05, Bu gün

Hüseyn Həsənov Rusiyadakı bütün biznesini itirdi

Rusiya Federal Vergi Xidməti (FVX) azərbaycanlı bloqer Hüseyn Həsənovun son şirkətini ləğv edib.
 
moderator.az-ın məlumatına görə, bu barədə "SHOT" "Telegram" kanalı xəbər verir.
 
Söhbət Həsənovun 2023-cü ildə açdığı "Banda Foods" şirkətindən gedir. Şirkət rollar istehsal edib, lakin biznes gəlir gətirməyib. "Banda Foods"un 800 min rubl (təxminən 16 740 manat) borcu olduğu aşkarlanıb. Hüseyn hesabları ödəməyə məcbur edilib, lakin o, Rusiyanı tərk edib.
 
Avqustun 20-də vergi xidməti Həsənovun "Banda" MMC şirkətini ləğv edib. Məşhur şəxs şirkəti şəxsi inkişaf kurslarını satmaq üçün təsis etmişdi. Məlum olub ki, biznesin hüquqi ünvanı, eləcə də vəzifəli şəxslər haqqında məlumat etibarsızdır. İndi Rusiya FVX onu ləğv etmək qərarına gəlib, şirkətin hesabları artıq bloklanıb.
 
Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl (təxminən 56 min manat) olan iki iddia qaldırılıb. Məlumdur ki, Həsənov məhkəmə proseslərindən bir qədər əvvəl təsisçilər sırasından çıxıb.
 
Həsənov mayın 14-də xüsusilə iri məbləğdə pul vəsaitlərinin leqallaşdırılması və yuyulması işi üzrə axtarışa verilib və qiyabi həbs edilib. Bu maddə üzrə bloqerə yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təhlükəsi var.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər