Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat yalandır.
Moderator.az xəbər verir ki, bu barədə “KazTag” rəsmi mənbələrə istinadla məlumat yayıb.
“Nurtleunun saxlanması ilə bağlı məlumat doğru deyil, saxtadır”, - Qazaxıstan hökumətindən sayta bildirilib.
13:50
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
Moderator.a.az Orda.kz-yə istinadən xəbər verir ki, onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.
Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.