Portuqaliyada funikulyor qəzası: Ölənlərin sayı artdı, matəm elan edildi - YENİLƏNİB
Dünya
178
12:55, Bu gün

Portuqaliyada funikulyor qəzası: Ölənlərin sayı artdı, matəm elan edildi - YENİLƏNİB

Lissabonda (Portuqaliya) turistlər arasında populyar olan "Elevador da Gloria" funikulyorunun qəzası zamanı həlak olanların sayı 17-yə çatıb. Ölkə prezidenti Marselu Rebelu de Souza həlak olanların xatirəsinə 4 sentyabrı milli matəm günü elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Publico" nəşri məlumat yayıb.
 
Lissabon meri Karluş Moedaş paytaxtda üçgünlük matəm elan edib. Şəhərdəki bütün funikulyorlar texniki yoxlama başa çatanadək fəaliyyətini dayandırıb. İlkin məlumata görə, funikulyorda baş verən qəzanın kanatın qırılma səbəbindən baş verdiyi ehtimal olunur.
 
12:18
 
Lissabonda (Portuqaliya) "Elevador da Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində xəsarət alanların sayı 23-ə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Jornal de Noticias" qəzeti polisdəki mənbəyə istinadən məlumat yayıb.
 
Beşdən çox zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Bundan başqa, qəza nəticəsində azı 15 nəfər həlak olub.
 
Bir gün əvvəl hər gün yüzlərlə turisti və yerli sakini daşıyan məşhur "Elevador da Qloriya" funikulyorunun kabinəsi relsdən çıxaraq aşıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər