Donald Tramp:
Dünya
228
10:30, Bu gün

Donald Tramp: "Nobel Sülh mükafatına iddia etmirəm"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib.
 
Moderator.az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə jurnalistlərə verdiyi qısa açıqlamada qeyd edib.
 
"Nobel Sülh mükafatına iddia etmirəm. Mən sadəcə həyatları xilas etmək istəyirəm", - deyə D.Tramp vurğulayıb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. Artıq bir neçə dövlət onun namizədliyinin irəli sürülməsi barədə rəsmi müraciət ünvanlayıb. Belə ki, D.Tramp Hindistan və Pakistan, Kamboca və Tailand arasında toqquşmalarda vasitəçilik edib, həmçinin ötən həftə Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qonaq edərək iki ölkə arasında Birgə Bəyannamənin imzalanmasına nail olub. O, hazırda Rusiya və Ukrayna arasında müharibədə vasitəçilik üçün cəhdlər edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər