23:36
23°C
Bakı
Ukrayna XİN Putinin Moskvada görüşmək təklifini qəbul etməyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Hazırda ən azı yeddi ölkə görüş keçirməyə hazırdır. Bunlar Avstriya, Vatikan, İsveçrə, Türkiyə və üç Körfəz dövlətidir. Bunlar ciddi təkliflərdir və Prezident Zelenski istənilən vaxt belə bir görüşə hazırdır", - Ukraynanın xarici işlər naziri Sibiqa sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bu gün Putin görüş üçün Zelenskini Moskvaya dəvət edib.