23:31
23°C
Bakı
Gürcüstan Sərhəd Polisi "Sadaxlı" və "Vaxtanqisi" sərhəd sektorlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşını saxlayıb.
Moderator.az xəbər verir ki, saxlanılanlardan 1979 və 1993-cü il təvəllüdlü şəxslər Ermənistan, 1989 və 2006-cı il təvəllüdlü şəxslər isə Azərbaycan vətəndaşlarıdır.
Onlar Gürcüstan ərazisinə sərhəd nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz daxil olmağa cəhd ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Qanunvericiliyə əsasən, dövlət sərhədini qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.