Qazaxıstan Ermənistana “yaşıl işıq” yandırdı: ermənilər sərbəst 90 gün qala biləcək
Dünya
1329
03 Sep 2025 | 14:14

Qazaxıstan Ermənistana “yaşıl işıq” yandırdı: ermənilər sərbəst 90 gün qala biləcək

Qazaxıstan Parlamenti Ermənistanla qarşılıqlı səfərlər və vətəndaşların ölkədə qalma qaydalarını tənzimləyən sazişi ratifikasiya edib.
 
Moderator.az xəbər verir ki, 2024-cü ilin aprelində İrəvanda imzalanan sənədin əsas yeniliyi 90 günlük vizasız rejimin tətbiqidir.
 
Sazişə əsasən, hər iki ölkənin vətəndaşları etibarlı sənəd - pasport (o cümlədən xidməti və diplomatik), dənizçinin şəxsiyyət vəsiqəsi və ya geri qayıtma şəhadətnaməsi olduqda, qarşı tərəfin ərazisində üç aya qədər viza tələb olunmadan qala biləcəklər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər