Türkiyədə Avcılar və Beşiktaş bələdiyyələrinə qarşı əməliyyat: Saxlanılanlar var
Dünya
240
13:59, Bu gün

Türkiyədə Avcılar və Beşiktaş bələdiyyələrinə qarşı əməliyyat: Saxlanılanlar var

Türkiyədə İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı apardığı korrupsiya istintaqı çərçivəsində Avcılar və Beşiktaş bələdiyyələrinə qarşı əməliyyatda 7 şübhəlini saxlayıb.
 
Bu barədə Moderator.az DHA-ya istinadən xəbər verir.
 
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu təşkilatın rəhbəri olduğu iddia edilən Aziz İhsan Aktaşın cinayət təşkilatı ilə bağlı araşdırmalarını davam etdirir.
 
İstintaq çərçivəsində Beşiktaş və Avcılar bələdiyyələrində keçirilən tenderlər araşdırılıb.
 
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları qanun pozuntularına yol verdiyi iddia edilən tender komissiyasının üzvlərini saxlamaq üçün əməliyyat keçirib.
 
Beşiktaş Bələdiyyəsində çalışan 5, Avcılar Bələdiyyəsində çalışan 2 şübhəli saxlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər