Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olundu
Dünya
172
13:30, Bu gün

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olundu

Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri vəzifəsinə Mamuka Mdinaradzeni təsdiqləyib.
 
Onun namizədliyi bu gün plenar iclasda səsverməyə çıxarılıb.
 
Mdinaradzeni 85 deputat dəstəkləyib, əleyhinə səs verən isə olmayıb.
 
Səsvermədən sonra parlamentin sədri Şalva Papuaşvili Mdinaradzəni təbrik edərək, təhlükəsizlik sisteminin möhkəmlənəcəyinə əminliyini ifadə edib.
 
"Əminəm ki, Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin seçilmiş rəhbəri kimi fərqlənəcək və ölkəmizin təhlükəsizlik sistemini daha da gücləndirəcək. Ona yeni vəzifəsində uğurlar arzulayıram", – deyə Papuaşvili bildirib. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər