Rusiyada təyyarə qəzaya uğradı
1354
03 Sep 2025 | 12:15

Rusiyada təyyarə qəzaya uğradı

Rusiyaya məxsus "İL-76" təyyarəsi mühərrikdə yaranmış problem səbəbindən Krasnoyarskın Çeremşanka hava limanında təcili eniş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Regional Nəqliyyat Nazirliyindən TASS-a bildirilib.
 
Məlumata görə, eniş zamanı təyyarə zolaqdan təxminən 50 metr kənara çıxıb. Hazırda hava limanı digər reyslər üçün bağlıdır və təcili xidmətlər fəaliyyət göstərir.
 
Nazirlik əlavə edib ki, 4 km məsafədə yerləşən Krasnoyarsk beynəlxalq hava limanı isə normal rejimdə işləyir.
 
Qeyd edək ki, Çeremşanka hava limanı əsasən yerli marşrutlar və tranzit uçuşlar üçün istifadə olunur.
 
Link kopyalandı!
Son xəbərlər