Bizi sosial şəbəkələrdən izləyin:
Çin ordusu Pekində keçirilən paradda məhvetmə radiusu bütün planeti əhatə edən "DF-5C" strateji qitələrarası nüvə raketini təqdim edib.
Moderator.az Rusiya KİV-ə istinadən məlumat verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-31" və "DF-61" təqdim olunub.
Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.