Tramp ölümi ilə bağlı yayılan şayiələri dəlilik adlandırıb
Dünya
274
02 Sep 2025 | 23:58

Tramp ölümi ilə bağlı yayılan şayiələri dəlilik adlandırıb

ABŞ prezidenti Donald Tramp onun ölümü ilə bağlı sosial mediada yazılanları görmədiyini etiraf edib və bu şayiələri dəlilik adlandırıb.

Moderator.az xəbər verir ki, o bu haqda Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Ötən həftə mən bir çox mətbuat konfranslarında olmuşam və onların hamısı uğurlu olub. Daha sonra mən iki gün heç nə etmədim və hamı dərhal qərar verdi ki, mənə nə isə olub. Bayden aylarla görünmürdü. Amma buna baxmayaraq heç kim ona nə isə olduğunu düşünmürdü.", - Tramp əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər