02:49
16°C
Bakı
Fransa hakimiyyəti Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və onun 6 keçmiş yüksək vəzifəli məmurunun üsyançıların nəzarətində olan şəhərin bombalanması ilə bağlı həbsinə order verib.
Moderator.az xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.
2012-ci il fevralın 22-də Hümsdə baş verən hücumda iki jurnalist həlak olub. Britaniyalı fotoqraf, fransız müxbir və suriyalı tərcüməçi isə yaralanıb. Fransa məhkəmə sistemi hadisəni insanlığa qarşı və müharibə cinayəti kimi araşdırır.
Bu orderlər Bəşər Əsədlə yanaşı, onun qardaşı Maher Əsədə, kəşfiyyat rəhbəri Əli Məmlükə və ordunun keçmiş baş qərargah rəisi Əli Əyyuba da aiddir.