İrəvan məhkəməsi arxiyepiskop Adjapaxyan barəsində qərar verdi
Dünya
272
02 Sep 2025 | 22:20

İrəvan məhkəməsi arxiyepiskop Adjapaxyan barəsində qərar verdi

Ermənistanda İrəvan məhkəməsi ölkədə hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə təqsirləndirilən Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın həbsdə qalma müddətini daha bir ay uzadıb.

Moderator.az bu barədə TASS-a istinadla xəbər verir.

Sentyabrın 2-də keçirilmiş məhkəmə iclasında prokuror həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qərarını arxiyepiskopun bu hərəkəti yenidən törətmək riskinin olması ilə əsaslandırıb. Hakim iş üzrə növbəti iclası sentyabrın 15-nə təyin edib.

Xatırladaq ki, iyunun 26-da Ermənistan Baş Prokurorluğu arxiyepiskopa qarşı konstitusiya quruluşunun devrilməsinə çağırış ittihamı ilə cinayət işi açıb. O, iyunun 27-də həbs edilib, iyunun 28-də isə ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər