02:03
20°C
Bakı
Fransalı aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı ilə Paris Cinayət Məhkəməsində hakim qarşısına çıxacaq.
Moderator.az bu barədə AFP agentliyinə istinadla xəbər verir.
Məlumata görə, aktrisa və rəqqasə Şarlotta Arno 2018-ci ildə Depardye tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib və bununla bağlı cinayət işinin məhkəməyə çıxarılmasına nail olub.
O, 2018-ci ilin yayında Fransanın cənubundakı jandarmeriyaya ərizə ilə müraciət edərək bildirib ki, iki dəfə - avqustun 7-də və 13-də Parisdə Depardyenin evində cinsi zorakılığa məruz qalıb.
Jerar Depardye isə münasibətlərin razılıq əsasında olduğunu iddia edərək ittihamları rədd edib.