01:29
18°C
Bakı
Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cju E Çinə səfəri zamanı atasını müşayiət edir.
Moderator.az-ın "Yonhap" nəşrinə istinadən xəbərinə görə, bunu Koreya Mərkəzi Xəbər Agentliyinin yayımladığı foto təsdiq edir.
Nəşrin məlumatına görə, Şimali Koreya rəhbərinin qızı ilk dəfədir xarici səfərdə onu müşayiət edir.
Qeyd olunub ki, Kim Çen In bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 12:00-da - red.) öz qatarı ilə Pekinə gedib.