Husilər İsrailin Baş Qərargahına hücum etdiklərini açıqlayıb
Dünya
344
02 Sep 2025 | 20:20

Husilər İsrailin Baş Qərargahına hücum etdiklərini açıqlayıb

Husilər İsrailə qarşı bir neçə əməliyyat keçirib.

Moderator.az “Al Mayadeen”ə istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari məlumat yayıb.

Onun sözlərinə görə, İsrail ordusunun Baş Qərargahının binalarına qarşı, Yafa, Al-Qadira, Lod hava limanı və Aşdod limanında 4 dron əməliyyatı keçirilib.

Dəniz blokadasını pozan bir gəmiyə qarşı da əməliyyat keçirilib. Bu hücumda iki dron və bir kruz raketindən istifadə edilib və hədəf vurulub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər