Finlandiya Prezidenti:
Dünya
319
02 Sep 2025 | 20:00

Finlandiya Prezidenti: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş var"

Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş var.

Moderator.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Alexander Stubb bildirib.

Stubb qeyd edib ki, Avropa Kiyevin təhlükəsizliyinin müzakirəsində irəliləyiş əldə edib, lakin bu cür tədbirlər yalnız sülh sazişi bağlandıqdan sonra təsirli olacaq.

“Biz onları dəstəkləyəcək ABŞ ilə təhlükəsizlik tədbirləri barədə razılığa gəlməliyik”, - o vurğulayıb.

Stubb, eyni zamanda, bildirib ki, tezliklə sülhün əldə olunması perspektivlərinə şübhə ilə yanaşır, baxmayaraq ki, Vaşinqtonla razılaşmanın yaxın gələcəkdə baş tutacağına ümid edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər