23:08
22°C
Bakı
Taliban rəhbərliyi yüzlərlə insanın öldüyü güclü zəlzələdən sonra beynəlxalq ictimaiyyətdən yardım istəyib.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Talibanın hakimiyyətə gəlməsindən sonra xarici yardımın kəskin azalması və ABŞ-ın son yardım kəsintiləri humanitar vəziyyəti daha da ağırlaşdırıb.
Qeyd edək ki, Əfqanıstanın Əsədabad şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ olub, nəticədə 1411 nəfər ölüb, 5400-dən çox ev isə tamamilə dağılıb.