Litva ordusu 17 min hərbçinin iştirak etdiyi və iki ay davam edəcək "Thunder Strike" (İldırım Zərbəsi) adlı hərbi təlimlərə başlayıb.
Moderator.az xəbər verir ki, Litvanın ictimai kanalı LRT-nin məlumatına görə, bu təlimlər ölkə boyunca bir neçə kiçikmiqyaslı hərbi təlimləri birləşdirəcək.
Təlimlər həm hərbi təlim zonalarında, həm də mülki ərazilərdə keçiriləcək.
Məlumatda bildirilir ki, Litvanın hərbi təlimləri Rusiya və Belarusun 12–16 sentyabr tarixlərində keçirəcəyi “Zapad-2025” (Qərb-2025) strateji hərbi təlimlərinə hazırlıqla eyni vaxta düşüb.
Litva Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Raymundas Vaiksnoras bildirib ki, məqsəd hərbi hazırlığı ölkənin müdafiə planına uyğun olaraq bütün bölmələrin döyüş qabiliyyətini təmin etməyə yönəltməkdir.