Çindən 3 milyon uyğur Türkiyəyə gətirilir?
Dünya
1535
01 Sep 2025 | 23:00

Çindən 3 milyon uyğur Türkiyəyə gətirilir?

3 milyon uyğurun Türkiyəyə gətirilməsi ilə bağlı Çinlə razılaşma imzalandığı barədə yayılan iddialar tamamilə əsassızdır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

"Bu yöndə Türkiyə ilə Çin arasında hər hansı bir razılaşma və ya görüş keçirilməyib. İctimaiyyətin beynəlxalq həssaslıq daşıyan bu cür məsələlərdə yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi, həqiqəti əks etdirməyən, spekulyativ iddialara etibar etməməsi böyük əhəmiyyət daşıyır", - məlumatda vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər