21:00
26°C
Bakı
Tailand Hərbi Dəniz Qüvvələri Phuket sahilləri yaxınlığındakı ərazi sularında Rusiya gəmisini saxlayıb.
Moderator.az bu barədə "The Thaiger" qəzetinə istinadla yazır.
Söhbət Vanuatu bayrağı altında üzən "Blene" balıqçı gəmisindən gedir. "Blene" ilə əlaqə qurmaq cəhdləri uğursuz olduqdan sonra gəmi Phuket sahillərindən 37 km aralıda ələ keçirilib.
Baxış zamanı gəmidə heç bir ov ləvazimatı və ya qadağan olunmuş cisimlər aşkar edilməyib. Kapitan hərbçilərə gəminin satış üçün Rusiyadan Banqladeşə getdiyini təsdiqləyib. O bir ay əvvəl Rusiyanı tərk edib.