Tramp:
Dünya
161
19:00, Bu gün

Tramp: "Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir"

Hindistan ABŞ-a tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif edib.

Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Bizim Hindistanla münasibətlərimiz birtərəflidir. Onlar bizə çoxlu məhsul satır, biz isə onlara çox az məhsul satırıq. Bu, onilliklər boyu belə olub. Hindistanlılar ABŞ mallarına qoyulan tarifi sıfıra endirməyi təklif ediblər. Amma vaxt gec olur. Bunu illər əvvəl etməli idilər”, - Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəll Tramp Hindistan məhsullarına 25%-lik əlavə tarif vergisi tətbiq edib və ABŞ tərəfindən ümumilikdə Hindistana tətbiq edilən tariflər 50%-ə yüksəlmişdi. Bu, iki ölkə arasında gərginliyə səbəb olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər