Uşakov:
Dünya
152
18:50, Bu gün

Uşakov: "Putin və Tramp Zelenski ilə görüşlə bağlı hələ razılıq əldə etməyib"

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli və ya üçtərəfli formatda görüşlə bağlı razılığa gəlməyiblər.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

"Putin və Tramp arasında Zelenski ilə görüş və ya üçtərəfli görüş barədə razılaşma olmayıb", - o qeyd edib.

Y.Uşakovun sözlərinə görə, Putin və Tramp Alyaskada aparılan danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsi kontekstində "bundan sonra necə hərəkət etmək"lə bağlı razılığa gəliblər.

Prezidentin köməkçisi əlavə edib ki, Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin artırılması ilə bağlı hələlik konkret təkliflər yoxdur.

O, həmçinin vurğulayıb ki, Vladimir Putin ŞƏT sammitində bir çox xarici həmkarını Alyaskada Trampla görüşünün nəticələri barədə məlumatlandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər