Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iki nümayəndəsinə Rusiya tərəfindən inşa edilən "Buşəhr" Atom Elektrik Stansiyasında nüvə yanacağının dəyişdirilməsinin şahidi olmaq üçün İrana səfər etmək icazəsi verilib.
Moderator.az-ın İRNA agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami məlumat verib.
"Agentliklə əməkdaşlıq parlament tərəfindən qəbul edilmiş BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanuna uyğun olaraq müzakirə edilən məsələdir. AgentliK nümayəndələrinin "Buşehr" Atom Elektrik Stansiyasında yanacağın dəyişdirilməsi prosesini müşahidə etmələri üçün təftiş keçirməsi müzakirə edilib və bu təftiş Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən icazə aldıqdan sonra həyata keçirilib. İki müfəttiş gəldi, bu prosesə nəzarət etdi və getdi", - deyə "Eslmi bildirib.
Məhəmməd Eslami həmçinin qeyd edib ki, İran Xarici İşlər Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri əməkdaşlığın bərpası məsələsi ilə bağlı danışıqların növbəti mərhələsini keçirəcəklər.
O əlavə edib ki, agentliklə işləmək üçün əsas maneə BAEA-nın baş direktoru Rafael Qrossi olaraq qalır.
"Hazırda Xarici İşlər Nazirliyi ilə agentlik nümayəndələri arasında iki görüş keçirilib və üçüncü görüş də planlaşdırılır", - deyə o bildirib.
"Bizim agentliklə bağlı əsas şikayətimiz ondan ibarətdir ki, onun idarəetmə sistemi hegemon nizamın təsiri altındadır, əsas problem isə baş direktorun şəxsiyyətidir", - deyə o əlavə edib.